‘Wormable’ boşluqlarının Windows DNS Serverlərinə təsiri
Aida 14-07-2020, 21:11 416 280 Son-Xəbərlər
2003-2019 versiyalı Windows Serverlərinə təsir göstərən və CVSS üzrə 10/10 qiymətləndirilən ‘worable’ adlı kritik boşluq müəyyənləşdirilmişdir .
Check Point tərəfindən 'SigRed' olaraq adlandırılan 17 yaşındakı uzaqdan icra edilən kod (CVE-2020-1350), icazəsiz şəxslərin, hədəflənmiş serverlər üzərində domen inzibatçı imtiyazları qazanmasına və təşkilatın İT infrastrukturunun tam idarə edilməsinə imkan verə bilir.
Təhlükəli tərəflər, hazırlanmış zərərli DNS sorğularını Windows DNS serverinə göndərərək SigRed boşluğundan istifadə edir və ixtiyari kod icrasına nail olur. Beləliklə, hakerlər istifadəçilərin elektron poçtları və şəbəkə trafikini idarə edir, xidmətləri əlçatmaz edir və istifadəçilərin şəxsi məlumatlarına daxil ola bilirlər.
Tədqiqatçıların sözlərinə görə hücumlar zəncirvari olaraq hər hansı bir maşından digərinə asanlıqla yayıla bilir. "Bu, o deməkdir ki, boşluğu olan bir maşın ‘yayılma nöqtəsi’ kimi funksiya göstərir və hücum edilən andan bir neçə dəqiqə ərzində təşkilatın şəbəkəsi boyunca yayılır.
Kibertəhlükəsizlik firması boşluğu Microsoft-a açıqladıqdan sonra, Windows istehsalçısı yamaları hazırlayaraq İyul relizinə daxil etdi. Bu relizdə 18-i kritik və 105-i əhəmiyyətli olaraq qiymətləndirilən 122 boşluq yamaları hazırlandı.
Microsoftun dediyinə əsasən boşluqların istismarına dair heç bir sübut yoxdur və istifadəçilərin yamaları dərhal yükləməsi tövsiyə edilir.